Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsində "Körpü" Ədəbiyyat Ocağı yaradılıb

 

 

15 dekabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsinin dekan vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın ideyası və təşəbbüsü ilə "Körpü" Ədəbiyyat Ocağı yaradılıb.
Elə həmin gün professor Mahirə Hüseynovanın sədrliyi və dosent Yeganə Qəhrəmanovanın katibliyi ilə "Körpü" Ədəbiyyat Ocağının təsis iclası keçirilib. İclasda ocağın üzvləri - dosent Pəri Paşayeva, professor Həcər Hüseynova, professor Sərdar Zamanov, professor Vaqif Qurbanov, professor Minəxanım Təkləli, dosent Xankişi Məmmədov, dosent Səkinəxanım Vəliyeva, baş müəllim Adil Balıyev, dosent Şəlalə Mahmudova, dosent Fəxrəddin Yusifov, müəllim Aynurə Əliyeva və başqaları iştirak edib.

 

 

Sədr prof.Mahirə Hüseynova bildirib ki, Filologiya fakültəsi həmişə universitet həyatında xüsusi rol oynayan fakültələr sırasında olub. Bizim də məqsədimiz hər zaman Fakültənin birinciliyinə nail olmaqdır. Hazırda fakültədə bir çox işlər işlər görülüb və görülməkdədir. Bugünkü yığıncağımızın isə məram və məqsədi bir qədər fərqlidir. Filologiya fakültəsində bədii yaradıcılıqla məşğul olan xeyli əməkdaşımız var. Fakültəmizin ədəbiyyat və dillə bağlı olması, sözsüz ki, əməkdaşlarımızın bədii təfəkkürünün daha da güclü olmasına imkan verir. Ona görə də poeziya adamlarından, yazarlardan ibarət “Körpü” adlı Ədəbiyyat Ocağı yaratmaq qərarına gəlmişik. Xahiş edirəm, məsələ barədə öz fikirlərinizi bildirəsiniz.

Əməkdaşlardan prof. Vaqif Qurbanov, f.e.d. Sərdar Zeynalov, dos. Adil Balıyev, dos. Xankişi Məmmədova, dos.Pəri Paşayeva, prof.Minəxanım Təkləli, dos. Şəlalə Mahmudova, dos.Fəxrəddin Yusifov və digərləri çıxış edərək belə bir gözəl təşəbbüs üçün fakültənin dekan əvəzi, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya təşəkkür etdilər. Prof.Vaqif Qurbanov bildirdi ki, biz ədəbiyyat adamları klassik ədəbiyyatdan bu günəcən gələn zəngin ədəbiyyatımızı öyrənə-öyrənə şeirə, sənətə vurğun şəxslərə çevrilmişik. Öyrəndiklərimiz daxilimizdə yazmaq həvəsi yaradıb. Fakültəmizdə gözəl yazarlar çox olub. Bədii ədəbiyyata, söz sənətinə qiymət verən müəllimlərimizi hər zaman hörmətlə anırıq. Belə dəyərli insanlardan biri də fakültəmizin professoru, ictimai-siyasi xadim, öz sözü, öz kəlamı olan professor Həsən Mirzəyev olub. Bu günlərdə “Filoloq” qəzetində prof.Mahirə Hüseynova ilə birgə deyişmə xarakterli bir şeirimiz çap olunub. Həmin şeir Həsən müəllimin “Dərdimi” şeirinin təsiri ilə yazılıb, bir növ nəzirə xarakteri daşıyır. Sonra Vaqif müəllim həmin şeirini səsləndirib. Şeir alqışlarla qarşılanıb.

İclasda böyük alim və ictimai xadim olmaqla yanaşı, həm də həssas qəlbli insan olan Həsən Mirzəyevin bədii yaradıcılığının da örnək olduğu vurğulanıb və hörmətlə yad olunub.
Daha sonra f.e.d.Sərdar Zeynal, dos.Adil Balıyev, dos.Xankişi Məmmədov, dos. Pəri Paşayeva da fakültədə "Körpü" Ədəbiyyat Ocağının yaradılması təşəbbüsünü yüksək dəyərləndirdiklərini nəzərə çatdırıb, ocağın fəaliyyətində məmnuniyyətlə iştirak edəcəklərini vurğulayıblar. İclasda professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan tələbələrin “Meh” Ədəbi Dərnəyinin fəaliyyəti də yüksək qiymətləndirilib və gələcəkdə “Meh” üzvlərinin də ocağın peşəkar şairlərindən bəhrələnməsi üçün imkan yaradacağın qeyd olunub. Ocağın üzvlərindən prof.Həcər Hüseynova,
prof.Minəxanım Təkləli, dos.Fəxrəddin Yusifov, dos.Şəlalə Mahmudova, dos.Yeganə Qəhrəmanova və Aynurə Əliyeva da ocağın uğurlu fəaliyyəti üçün həvəslə çalışacaqlarını bildirərək bu Ədəbiyyat Ocağının fakültəyə yeni bir stimul verəcəyinə inamlarını ifadə ediblər.
Ocaq üzvlərinin şeirlərini yığıncaqda səsləndirmələri yığıncağa xüsusi rəng qatıb.

"Körpü" Ədəbiyyat Ocağının üvzləri aşağıdakı kimi müəyyən olunub:
1. prof. M.Hüseynova (sədr);
2. dos.P.Paşayeva;
3. prof.M.Təkləli;
4. prof.H.Hüseynova;
5. prof. V.Qurbanov;
6. prof. S.Zeynalov;
7. b/m.Adil Balıyev;
8. dos. X.Məmmədova;
9. dos. S.Vəliyeva;
10. Aynurə Əliyeva;
11. dos. Ş.Mahmudova;
12. dos. F.Yusifov;
13. dos.Y.Qəhrəmanova.


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur