11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova yeni tədris ilinin başlanması münasibətilə Xarici Dillər Mərkəzinin professor-müəllim heyəti ilə görüşmüşdür. Görüşdə Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, elmi işlər üzrə dekan müavini, f.ü.f.d. , baş müəllim Könül Həsənova,p.ü.f.d., dosent Pəri Paşayeva da iştirak etmişlər. Professor Mahirə Hüseynova yeni tədris ilinin başlanması münasibəti ilə Mərkəzin əməkdaşlarını təbrik edərək, fakültənin və Mərkəzin ötən ilki uğurlarından bəhs etdi. O, 2023-2024-cü tədris ilində qarşıda duran vəzifələri qeyd edərək, məsləhət və tövsiyələrini Mərkəzin əməkdaşları ilə bölüşdü. Cari ildə fəaliyyətə başlayan “Türk dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi” və rus bölməsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisaslarından bəhs edərək tədris prosesinin yeni tələblərə uyğun qurulmasının bütün kollektivin qarşısında dayanan prioritet məsələ olduğunu vurğuladı.

Xarici Dillər Mərkəzinin müdiri f.ü.f.d., dosent Ülviyyə Hacıyeva Mərkəzin əməkdaşları adından professor Mahirə Hüseynovaya minnətdarlığını bildirərək yeni tədris ilində yeni nailiyyətlər və uğurlar arzu etdi.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur