8 sentyabr 2023-cü il tarixdə Bakı Amerika Mərkəzində ABŞ Dövlət Departamentinin sponsorluğu ilə İngilis dili müəllimlərinin peşəkar inkişafı üçün təşkil edilmiş American English Live 17 vebinar seriyasının sertifikat mükafatlandırılması tədbiri keçirilmişdir. Tədbirdə ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri, Cultural Affairs Officer ( Mədəni işlər üzrə rəhbər) Salman Haji, ADPU-nun Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva, Xarici Dillər Mərkəzinin bir qrup əməkdaşı və 100-dən çox ingilis dili müəllimi iştirak etmişlər.
American English Live 17 vebinar seriyası "Tənqidi Düşüncəni Təşviq etmək üçün Dörd Oxuma Tapşırığı" (Ceremi Beal), "Dil Sinifində Görünən Düşüncə Rutinlərindən İstifadə" (Stephanie Bolaños), “Mənsubluq Mədəniyyətinin Yaradılması və Davamlı Olması” (Lindsay Lyons), “Dil Müəllimləri və Tələbələri üçün Çoxdillilik və Tərcümə Strategiyaları” (Chris Hastings), "İlə mədəni cəhətdən həssas bir dil sinfi kimi başlayın" (Lauren Anderson), "İngilis dilinin tədrisi üçün açıq təhsil resursları" (Kendra Staley) adlı 6 vebinarlardan ibarət olmuşdur.
Tədbirin sonunda vebinarları uğurla başa vuran ingilis dili müəllimləri sertifikatlarla mükafatlandırılmışlar.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur