8 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova Azərbaycan dili və onun tədrisi texnologiyası və Azərbaycan dilçiliyi kafedralarının professor-müəllim heyəti ilə görüşdü. Görüşdə elmi işlər üzrə dekan müavini f.ü.f.d. Könül Həsənova da iştirak etdi.
Error
Professor Mahirə Hüseynova yeni tədris ilinin başlanması münasibəti ilə kafedra əməkdaşlarını təbrik edərək, fakültənin ötən ilki uğurlarından bəhs etdi. O, 2023-2024-cü tədris ilində qarşıda duran vəzifələri qeyd edərək, məsləhət və tövsiyələrini kafedra əməkdaşları ilə bölüşdü. Cari ildə fəaliyyətə başlayan “Türk dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi” və rus bölməsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisaslarından bəhs edərək tədris prosesinin yeni tələblərə uyğun qurulmasının bütün kollektivin qarşısında dayanan prioritet məsələ olduğunu vurğuladı.
Kafedra müdirləri dosent Sevda Abbasova və dosent İradə Kərimova kafedra əməkdaşları adından professor Mahirə Hüseynovaya minnətdarlıqlarını bildirərək yeni tədris ilində yeni nailiyyətlər və uğurlar arzu etdilər.