Ankara Universitetinin uluslararası rektor yardımçısı Mustafa Fanar ADPU-da olub

 

15 dekabr 2022-ci il tarixində Ankara Universitetinin Uluslararası rektor yardımçısı Mustafa Fanar Azərbaycan Dövlət Pedaqoji Universitetində olub. Qonağı beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova və Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, fil.ü.f.d. Könül Həsənova qəbul edib.

 

gallery ID=109]

 

Professor Mahirə Hüseynova Ankara Universitetinin uluslararası rektor yardımçısı Mustafa Fanarı Pedaqoji Universitetdə görməkdən məmnunluğunu ifadə edib, ADPU və Ankara universitetləri arasında bağlanmış müqaviləyə uyğun olaraq, elm və təhsil sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Mahirə Hüseynova qeyd edib ki, ADPU-nun qarşıya qoyduğu əsas məqsədlərdən biri təhsil və elmin təcrübə ilə əlaqələndirilməsi, müxtəlif sahələr üzrə beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır ki, bu istiqamətdə Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verilir.

Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova Ankara Universiteti ilə birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsinin genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb.

ADPU-da olmaqdan məmnunluğunu dilə gətirən Ankara Universitetinin prorektoru Mustafa Fanar isə elm və təhsil sahəsində ortaq layihələrin və əməkdaşlığın hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Prorektorlar və Filologiya fakültəsinin dekan müavini Könül Həsənova daha sonra iki universitet arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

 

 


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur