Bu gün - 13 noyabr Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Həmkarlar İttifaqı Komitəsinin sədri, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müəllimi, dosent Vaqif Kamil oğlu Əliyevin doğum günüdür.

 

Vaqif Əliyev uzun illərdir ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədridir. O, işinin öhdəsindən layiqincə gələn, işini vicdanla, haqq-ədalətlə yerinə yetirən səriştəli kadrdır. Bu xarakterinə görə universitetdə yüksək hörmət və nüfuz sahibidir.

Vaqif Əliyev potensialı yüksək olan alim,
tələbələrini doğru yola istiqamətləndirən peşəkar müəllim, xeyirxah və mərhəmətli insandır. Tələbələri Vaqif müəllimi çox sevir, dəyər verir və rəğbət bəsləyirlər. Böyük dünyagörüşə, geniş ürəyə malik olan Vaqif müəllim zəhmətkeşliyi, işgüzarlığı, obyektivliyi, təşəbbüskarlığı, səmimiliyi, mehribanlığı ilə də seçilir.

Filologiya fakültəsinin rəhbərliyi və kollektivi adından Vaqif müəllimi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, iş fəaliyyətində və həyatında yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,
Filologiya fakültəsinin dekan vəzifəsini icra edən, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Nağı qızı Hüseynova


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur