ADPU-nun məzunu, DTX rəisi general-polkovnik Əli Nağıyevin doğum günüdür

 

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür.
Danılmaz faktdır ki, general-polkovnik Əli Nağıyevin rəhbərliyi ilə ölkəmizin milli təhlükəsizlik xidmətinin fəaliyyəti yüksək səviyyədədir. Onun peşəkarlığı nəticəsində rəisi olduğu qurum dövlətimizi terrordan, radikal qruplardan, cəsuslardan, vətən xainlərindən və bir sözlə, müxtəlif qanlı hadisələrdən rəşadətlə qoruyur. Onu xüsusi qeyd edək ki, təkcə qonşuluqda yaşayan düşmənlərimizin onlarla terror təşkilatı var. Onların ən böyük arzusu isə xalqımızda təşviş yaratmaq, Azərbaycan dövlətinin gücünü zəiflətmək, torpaqlarını işğal etməkdir. Bununla bağlı düşmənlərimizin məkirli planları çoxdur. Onların bu arzusunu ürəyində qoyan, hər hansı bir təxribatın ölkəmizdə baş tutmasının qarşısını zamanında alan, məhz Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar rəisi - general-polkovnik Əli Nağıyev və onun tabeliyində olan əməkdaşlarıdır.

General-polkovnik Əli Nağıyev son dərəcə güclü, soyuqqanlı, iradəli, mübariz, cəsarətli və haqsevər insandır. Uzaqgörənliyi onu heç vaxt yanıltmır. Ömrü ədalətsizliklə mübarizədə keçib və hər zaman da bu mübarizədə qalib olur. Çünki Tanrı yaxşı və xeyirxah əməllərinə görə onu qoruyur. O, el oğlu, el adamıdır. Əli Nağıyevi heç nəyə asanlıqla inandırmaq olmur, amma inandıqlarını müdafiə etməkdə də israrlıdır. Onun meyarı həyatda və iş fəaliyyətində hər zaman dəqiqlik, ədalət və haqq tərəfdarı olmaqdır.
Cənab general rəhbərlik etdiyi qurumda sağlam mühit yaratmağı da bacarıb. Tabeliyində olan əməkdaşlarına qarşı tələbkar olduğu qədər də qayğıkeşdir. O, peşəkar kadrlara qiymət verir, qurumun müasir avadanlıq və cihazlarla təmin olunmasında əlindən gələni əsirgəmir. Vəzifəsində çox ciddi, məsuliyyətli və ədalətlidir.
Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Respublikasının terrorun hədəfinə tuş gəlməməsi əsasən dövlət başçısı cənab İlham Əliyevin düzgün xarici və daxili siyasəti, həmçinin ölkəmizin təhlükəsizlik xidmətinin fəaliyyəti ilə bağlıdır. Buna görə də xalq inamlıdır, bilir ki, dövlətimizin təhlükəsizliyi əmin əllərdədir.

General-polkovnik Əli Nağıyev həm də xoşbəxt insandır. Çünki onun doğum günü xalqımız üçün xüsusi önəm daşıyan bir günə - 8 Noyabr Zəfər Günü bayramına təsadüf edir. Artıq 3-cü dəfədir ki, general-polkovnik doğum gününü qazanılmasında iştirakı, əməyi, xüsusi fəaliyyəti olan Zəfər bayramı günündə qeyd edir. Bu da Allahın gözəl yazısıdır.
Cənab general Sizi həm Zəfər Günü, həm də doğum günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
General-polkovnik Əli Nağıyevin həyat və fəaliyyəti haqüında geniş məlumat verməyi də özümə borc bilirəm.

Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Azərbaycan Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub. 27 mart 2006-cı il tarixli Sərəncamla isə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib. Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb. 2011-2019-cu illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət başçısının 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Cənab Prezidentin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib. O, təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, dövlət başçısının 09.12.2020 il tarixli sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur