8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekan vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın

 

                 TƏBRİKİ

 

Hörmətli fakültə müəllimləri, Beynəlxal əlaqələr üzrə prorektorluğun əməkdaşları və dəyərli tələbələr!

 

2020-ci iin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz və xalqımız böyük əzm, iradə, bir yumruq kimi birlik, həmrəylik nümayiş etdirərək, Azərbaycan xalqının güclü xalq olduğunu bütün dünyaya sübut etdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun şücaəti sayəsində Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə tariximizin zəfər salnaməsi, milli qürurumuzun təntənəsidir. 44 gün sürən uğurlu hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini, bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.
Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri oldu.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-inin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Bayrağımızın doğma torpaqlarımızda azad dalğalanmasına səbəb olan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Əziz professor-müəllim heyətimiz, əziz əməkdaşlar, əziz tələbələr, Sizləri şanlı 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm.

 

Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Zəfər Günümüz mübarək!


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur