ADPU-nun Filologiya fakültəsinin Zəfər gününə töhfəsi: "ŞUŞA - ZƏFƏRİN TƏNTƏNƏSİ"

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsinin dekan vəzifəsini icra edən, beynəlxalq əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın ideya müəllifliyi və redaktorluğu, fakültənin elmi işlər üzrə dekan müavini Könül Həsənovanın və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Nazilə Abdullazadənin müəllifliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində çap olunan "ŞUŞA - ZƏFƏRİN TƏNTƏNƏSİ" adlı kitab (Azərbaycan, ingilis və rus dillərində) Zəfər gününə bir töhfə olub.

 

Kitabın rəyçiləri Turan Elmlər Akademiyasının akademiki, prof. Vüqar Əhməd, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, prof. Asəf Zamanov, pedaqoji elmlər doktoru, prof. Müseyib İlyasov və filologiya elmləri doktoru, prof. İlhamə Hacıyevadır. Nəfis tərtibatda nəşr olunmuş kitabda Şuşanın yaranma tarixi, işğalı, təhsil tarixi, Şuşa ədəbi mühiti, Şuşa - musiqi beşiyimiz, Şuşalı ədiblər, musiqiçilər, mədəniyyət və incəsənət xadimləri barədə araşdırmalar 3 dildə əksini tapmışdır.

Kitabın nəşri və ictimaiyyətə təqdim olunmasında Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könul Həsənovanın rolu böyükdür.

 


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur