Image

Fəaliyyətə başladığı dövrdən pedaqoji kadr hazırlığı üzrə daim zirvədə yer alan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi yeni tədris ilindən fəaliyyətini daha da genişləndirir. Belə ki, 2023/2024-cü tədris ilindən etibarən fakültəmizdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili) (Azərbaycan bölməsi), Xarici dil müəllimliyi (fransız dili) (Azərbaycan bölməsi) ixtisasları ilə yanaşı, Türk dili və ədəbiyyatı müəllimliyi (Azərbaycan bölməsi), Rus dili və ədəbiyyatı müəllimliyi (rus bölməsi), Xarici dil müəllimliyi (ingilis dili) (rus bölməsi) ixtisasları üzrə də qəbul aparılacaqdır. Əziz abituriyentlər, hər birinizə uğurlar arzu edirik!

 


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur