ADPU-nun Filologiya fakültəsində təqdimat keçirilib

 

5 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın elmi-bədii yaradıcılığına həsr olunmuş "Zirvədəki azərbaycanlı - alim qadın" kitabının və "Filoloq" qəzetinin xüsusi buraxılışının təqdimatı keçirilib. Təqdimatda ADPU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dos.Pəri Paşayeva, tədris işləri üzrə dekan müavini Zemfira Abbasova və fakültənin professor-müəllim heyəti iştirak edib.

 

2 cilddə, nəfis tərtibatda nəşr olunmuş kitabın layihə rəhbəri elmi işlər üzrə dekan müavini Könül Həsənova və Müasir Azərbaycan dili kafedrasının müdiri, dos. Könül Səmədovadır. 60-a yaxın məqalənin toplandığı 2 cildlikdə alim-şair Mahirə Nağı qızı Hüseynovanın ömür yolu, elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti bir-birindən maraqlı məqalələrdə təhlilə cəlb edilib.
Təqdimatda professor Elman Quliyev, dosent Nazilə Abdullazadə, dosent Ülviyyə Hacıyeva, dosent Razim Məmmədov, dosent Fəxrəddin Yusifov, dosent Sevda Abbasova, dosent Cəmilə Məhərrəmova, dosent Pərixanım Soltanova, Elmi Tədqiqat Mərkəzinin şöbə müdiri, dosent Gülşən Novruzova, dosent Yeganə Qəhrəmanova və başqaları çıxış edərək layihə rəhbərlərinə təşəkkür edərək Mahirə xanımın yaradıcılığının çoxşaxəliliyi, ictimai fəaliyyəti və elmi uğurlarından danışıb, həmçinin görkəmli alim-şairə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Tədbirin sonunda layihə rəhbəri dosent Könül Səmədova və dekan müavini Könül Həsənova təqdimatda iştirak edib ürək sözlərini bildirən və çıxış edən professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər. Elmi işlər üzrə dekan müavini - professor Mahirə Hüseynovanın qızı Kğnül Həsənova layihənin həyata keçirilməsinin bir övlad kimi mənəvi borcu olduğunu bildirib, fakültə əməkdaşlarına göstərilən diqqətə, Mahirə Nağıqızı yaradıcılığına göstərdikləri sevgiyə və görülən işlərdə fəal iştiraklarına görə bir daha təşəkkürünü bildirib.
Tədbirin sonunda "Zirvədəki azərbaycanlı - alim qadın" kitabı və "Filoloq" qəzeti iştirakçılara hədiyyə olunub.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur