Görkəmli akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

 

25 oktyabr 2022-ci il tarixində akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Nağı qızı Hüseynova həm öz adından, həm də kollektivi adından görkəmli akademik İsa Həbibbəylini AMEA-nın 14-cü prezidenti seçilməsi münasibəti ilə ürəkdən təbrik edib, yeni işində uğurlar arzulayıb, akademikin ölkənin əsas elm məbədi olan AMEA-nın nüfuzunun yüksəldəcəyinə inamını ifadə edib.
Bir daha təbrik edirik.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur