19 may 2023-il tarixdə Türkmənistanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türksoy kafedrası və M. Fəraqi adına Türkmən Dövlət Universiteti “Məhtumqulu Fəraqi və dünya ədəbiyyatı” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriblər.

         ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Elm və İnnovasiyalar üzrə prorektoru, professor Azəf Zamanov, Elmi təşkilati işlər üzrə şöbə müdiri, professor İbrahim Bayramov, Filologiya fakültəsinin dekan müavini filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova iştirak etmişlər.

         Konfrans haqqında məlumat Azərbaycan müəllimi qəzetinin 26 may 2023-cü il 20 saylı nəşrində işıqlandırılmışdır.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur