ADPU-nun Filologiya fakültəsinin mətbu orqanı olan "Filoloq" qəzetinin növbəti sayı çapdan çıxıb

 

Qəzetin ilk səhifəsində çap olunan yazılar haqqında məlumatlar əksini tapıb. İkinci səhifədə f.e.d., professor Təyyar Cavadoğlunun "Əhməd Cavad şeirinin sənətkarlıq xüsusiyyətləri haqqında", üçüncü səhifədə isə f.e.d., professor Elman Quliyevin "Çağdaş türk poeziyasında Şuşanamələr: milli-tarixi yaddaş və müasirlik konteksində" məqalələri yer alıb.

Sonrakı səhifələrdə dosent Fəxrəddin Yusifovun "Pedaqoji təcrübə; uğurlar asanlıqla əldə olunmur", filologiya.az saytının rəhbəri Aynurə Əliyevanın ADPU-da Tələbə Elmi Cəmiyyətinin konfransının keçirilməsi ilə bağlı məlumat xarakterli yazıları, fil.ü.f.d. Ülkər Baxşəliyevanın "Müasir Azərbaycan nizamişünaslığı Türkiyə və türk dünyası meridianlarında" məqaləsi, Azərbaycan Dövlət Pedaqoji Universitetində "Böyük Azərbaycan mütəfəkkiri Nizami" kitabının təqdimatı, Şamaxı rayonu İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı filialının 30 illik, həmçinin Şəki filialının 30 illik yubiley tədbirləri, ADPU-nun Filologiya fakültəsinin tələbələrindən - Şəbnəm Nağıyevanın "Bəxtiyar Vahabzadə yaradıcılığında türk və türkçülük", Tünzalə Məstanovanın "Pedaqoji təcrübədə olan ADPU tələbələrinin keçirdiyi tədbirlər", Əli Əlizadənin "Filologiya fakültəsinin uğuruna imza atan dekan, yaxud fədakar alim!" publisistik yazıları, fakültənin gənc müəllimi İlkin Əsgərovun "Şuşa haqqında maraqlı faktlar (rəqəmlərin dili əsasında)" sərlövhəli informasiya xarakterli yazısı ilə tanış ola bilərsiniz.
Xatırladaq ki, "Filoloq" müstəqil qəzetinin baş redaktoru f.e.d., professor Mahirə Nağı qızı Hüseynovadır.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur