24 may 2023-cü il tarixdə saat 11:00-da ADPU-nun Filologiya fakültəsində IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr edilmiş konfrans keçirildi.

Konfransı Giriş sözü ilə Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, pedaqoji təcrübə rəhbəri dosent Pəri Paşayeva 16 fevral 2023-cü il tarixdən başlanan pedaqoji təcrübənin başa çatdığından, tələbələrin təcrübə keçdikləri məktəblərdə müəllimlik peşəsinin sirlərinə yaxından bələd olmasından, universitetdə qazandıqları nəzəri biliklərin təcrübədə tətbiq etmək imkanı qazan­masından söz açdı. Həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə sınaq dərslərinin uğurla keçilməsi, bu işdə metodist müəllimlərin kömək və qayğısı xüsusi vurğulandı. Bununla yanaşı, 39 və 178 nömrəli ümumtəhsil məktəblərində tələbələ­rin məktəb tədbirlərinin hazırlanmasında və keçirilməsində fəal iştirakı qeyd edildi.

Dosent Pəri Paşayeva təcrübə müddətində tələbələrin davamiyyətinin yüksək səviyyədə olduğunu vurğuladı.

Eyni zamanda konfransda Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevda Abbasova, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Fəxrəddin Yusifov, Xarici Dillər Mərkəzinin baş müəllimi Aytən İbrahimova çıxış edərək təcrübə ilə bağlı fikirlərini bölüşdülər, tələbələrə gələcək işlərində müvəffəqiyyət arzuladılar.

Sonda tələbələrdən Əlibəy Ələkbərzadə, Hüseyn Əliyev, Gülağa Allahverdiyev pedaqoji təcrübə haqqında öz təəssüratlarını bölüşərək fakültə rəhbərliyinə və müəllimlərə təşəkkür etdilər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur