Filologiya fakültəsi Elmi Şurasının iclası keçirilib

 

 

1 iyul 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi Elmi Şurasının 2021//2022-ci il tədris ilində 9-cu iclası keçirilib.

İclasın gündəliyinə 2021//2022-ci tədris ilinin yaz imtahan sessiyasının yekununa dair hesabat və cari məsələlər - Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Adil Balayevin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üçün hazırladığı "Ədəbiyyat təlimində varislik" adlı dərs vəsaitinin çapı məsələsi, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi Mehdiyeva Mətanət Bahadur qızının 2022//2023-cü tədris ilində mühazirə dərsləri aparması məsələsi, Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov və Yədulla Dadaşlının birgə tərtib etdikləri "İsmayıl Hikmət - Azərbaycan ədəbiyyatı tarixi (I cild) kitabının çapı məsələsi və Ədəbiyyat kafedrasının müəllimi fil.ü.f.d. Nigar Aslanovanın "Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi (1990-2010-cu illər) adlı monoqrafiyasının çap edilməsi məsələsi daxil edilib.

İclası açıq elan edən dos. Pəri Paşayeva şura üzvlərini gündəlik məsələ və cari məsələlərlə tanış etdi. 2021//2022-ci tədris ilinin yaz imtahan sessiyasının yekununa dair şura üzvlərinə hesabat vermək üçün sözü fakültənin tədris işləri üzrə müavini, fil.ü.f d. Zemfira Abbasovaya verdi. Zemfira Abbasova 2021//2022-ci tədris ilinin yaz semestri imtahanında 1-ci tədris ilinin tələbələrindən 13 nəfər əla (A), 252 nəfər qarışıq (B-C-D-E), 9 nəfər tələbənin isə qeyri-məqbul (F); 2-ci tədris ilinin tələbələrindən 80 nəfər əla (A), 186 nəfər qarışıq (B-C-D-E), 4 nəfər qeyri-məqbul (F); 3-cü tədris ilinin tələbələrindən 64 nəfər əla (A), 150 nəfər qarışıq (B-C-D-E), 8 nəfər qeyri-məqbul (F); 4-cü tədris ilinin tələbələrindən 93 nəfər əla (A), 118 nəfər qarışıq (B-C-D-E), 1 nəfər qeyri-məqbul (F); 5-ci tədris ili tələbələrindən əla (A) alan yoxdur, 3 nəfər qarışıq (B-C-D-E), 1 nəfər isə qeyri-məqbul (F) almışdır. Üzürlü səbəbdən imtahanlarda kştirak edə bilməyən 5 tələbə bu gün, imtahanlara daxil olublar.
Hesabat dinlənilib şura üzvləri tərəfindən qəbul edildikdən sonra, cari məsələlər müzakirə olunmuş və hər biri qəbul edilmişdir.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur