Filologiya fakültəsində dos. Qüdrət Umudovun 65 illik yubileyi qeyd olunub

 

 

    1 iyul 2022-ci il tarixində Filologiya fakültəsində fakültənin dekan vəzifəsini icra edən f.e.d., professor Mahirə Hüseynovanın təşəbbüsü ilə Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdrət Umudovun 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

    Tədbirdə fakültə rəhbərliyi, ADPU-nun Həmkarlar İttifaqının sədri, dosent Vaqif Əliyev, fakültənin kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib.


Tədbiri giriş sözü ilə açan fakültənin sosyal məsələlər və tələbələrlə iş üzrə dekan müavini dos. Pəri Paşayeva Qüdrət müəllimin həyat yolundan, elmi və pedaqoji sahədəki uğurlarından bəhs edib və 65 illik yubileyi münasibəti ilə yubiliyarı təbrik edib.

    Sonra söz ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyevə verilib. Vaqif Əliyev yubiliyarı Pedaqoji Universitetin Həmkarlar İttifaqı Komitəsi adından təbrik edib və ona pul mükafatını təqdim edib.

    Tədbirin davamında dekan müavini, dos. Pəri Paşayeva Qüdrət müəllimin universitetdəki elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən uzun müddət pedaqoji sahədəki səmərəli fəaliyyətinə və anadan olmasının 65 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Qüdrət Umudovu Fəxri Fərmanla təltif edib.

    Dekan müavini, dosent Pəri Paşayeva Fəxri Fərmanı filologiya üzrə fəlsəfə doktoru, dos. Qüdrət Umudova təqdim edib və bir daha onu təbrik edərək, elmi və pedaqoji fəaliyyətində uğurlar, can sağlığı və uzun ömür arzulayıb.

   Sonda söz yubiliyara verilib. Qüdrət müəllim göstərdiyi diqqət və qayğıya görə Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynovaya və barəsində xoş sözlər söyləyən həmkarlarına təşəkkürünü bildirib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur