16.05.2023-cü il tarixində Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül İsrafil qızı Həsənovanın FRD2109B qrupunda “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Akademik kommunikasiyanın etik normaları”mövzusunda açıq dərsi keçirilmişdir. Fəal təlim metodları əsasında qurulan dərs müasir təlim texnologiyalarından istifadə edilməklə, tələbələrin qrup şəklində işləməsi ilə təşkil olunmuşdur. Açıq dərsdə Müasir Azərbaycan Dili kafedrasının müdiri dosent Könül Səmədova, kafedranın professoru Mirvari İsmayılova, Filologiya fakültəsinin dekan müavini Zemfira Abbasova və kafedranın digər müəllimləri iştirak etmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur