Filologiya fakültəsinin tələbələri Fəxri fərmanla təltif olunublar

 

İyunun 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqə-festivalda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 6 tələbəsi müxtəlif nominasiyalarda yer tutublar ki, onlardan da 2-si Filologiya fakültəsinin tələbəsidir.

Belə ki, şeir nominasiyasında Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Muradlı III yer, muğam ifası nominasiyasında Filologiya fakültəsinin II kurs tələbəsi Ülkər Paşayeva III yer tutublar. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Pedaqoji Universitet tələbələrinin müsabiqədə qazandıqları göstəricilərlə digər ali təhsil müəssisələrini üstələyərək ümumi hesabda birinci yerdədir.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur