ADPU-nun rektoru, professor Cəfər Cəfərov Filologiya fakültəsində keçirilən imtahanlarda iştirak edib

 

6 uyun 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Filologiya fakültəsində olub. Fakültənin Sosyal məsələlər və tələbələrlə iş üzrə dekan müavini dos. Pəri Paşayeva, Müasir Azərbaycan dili kafedrasının müdiri, dos. Könül Səmədova, Azərbaycan dilçiliyi kafedrasının müdiri, dos. İradə Kərimova fakültə rəhbəri professor Mahirə Nağı qızı Hüseynovanın ənənəvi - şifahi yolla imtahanların keçirilməsi üçün yaratdığı şəraitdən, fakültə imtahan komissiyasının işinin təşkilindən və şəffaflıın qorunması məqsədi ilə atılan addımlar barədə rektoru məlumatlandırıblar.


İmtahanları müşahidə edən rektor tələbələrin imtahanlardan razı qalıb-qalmaması ilə maraqlanıb, narazılıq olarsa imtahan komissiyasına müraciət olunmasını tələbələrin nəzərinə çatdırıb. Universitetdə imtahanlarla bağlı tələbə rəyi üçün qutu qoyulduğunu, qutuya salınan hər bir tələbənin rəyinin oxunacağını və bu məsələni şəxsən öz diqqətində saxlayacağını bildirib.
Xarici Dillər Mərkəzinin müəllimləri Samirə Babayevanın, Günay Alıyevanın, Müasir Azərbaycan dili kafedrasının professoru Cəfər Cəfərovun, Azərbaycan dilçilyi kafedrasının baş müəllim Təranə Nağıyevanın imtahanlarında iştirak edən rektor Cəfər Cəfərov tələbələrin cavabından və imtahanların şəffaf şəkildə keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını vurğulayıb.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur