American English Live 16 seriyasının sertifikat təqdimetmə mərasimi 

11 may 2023-cü il tarixdə Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, müdir müavini baş müəllim Günay Alıyeva və bir qrup müəllimi Bakı Amerika Mərkəzində American English Live 16 seriyasının sertifikat təqdimetmə mərasimində iştirak etmişlər. Tədbirdə ABŞ səfirliyinin nümayəndələri Cultural Affairs Officer (Mədəni işlər üzrə rəhbər) Salman Haji və Cultural Affairs specialist (Mədəni işlər üzrə mütəxəssis) Sabina Abdullayeva tərəfindən müəllimlərə sertifikatlar təqdim edilmiş, ingilis dili müəllimləri üçün təşkil olunacaq yeni təlimlər haqqında məlumat verilmiş və müəllimlərin təklifləri dinlənilmişdir.  Sonda xatirə şəkilləri çəkilmişdir.

 

 

 

 

 

 


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur