Filologiya fakültəsinin professor və müəllim heyəti Beynəlxalq seminarda iştirak ediblər

 

2 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzinin Kopenhagen Universitetinin mütəxəssisləri ilə birgə pedaqoji prosesin təhlili, auditoriyanın idarə edilməsi mövzusunda seminarı keçirilib.

Seminarda Filologiya fakültəsinin professor və müəllim heyəti də iştirak edib.
Kopenhagen Universitetinin mütəxəssisləri- Peter Mikael Hansen, Klaus Bruun, Jesper Heidemann Langhoff mövzu ilə bağlı maraqlı məruzələr edib, birgə pedaqoji prosesin təhlili və auditoriyanın idarə olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda mütəsşxəssislət "Mövzu və fənnlərlə əlaqəli nümunələr", "Didaktika", "Təhsildə davamlılıq aspektləri", "Danimarka məktəbi və təhsil sistemi" ilə bağlı mövzulara toxunublar.
Seminarda iştirak edən Filologiya fakültəsinin professor və müəllim heyəti mütəxəssislərə suallar verib və fəal şəkildə müzakirələrə qoşulublar.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur