Filologiya fakültəsində Elmi Şuranın iclası keçirilib 27 may 2022-ci il tarixində Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib.İclasda Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Mahirə Hüseynova, Elmi işlər üzrə dekan müavini Könül Həsənova, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, dos. Pəri Paşayeva, Tədris işləri üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Zemfira Abbasova və elmi şuranın üzvləri olan professor və müəllim heyəti iştirak ediblər.
Filologiya fakültəsində Elmi Şuranın iclası keçirilib

Şurada fakültənin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, pedaqoji təcrübənin yekunlarına dair hesabat, cari məsələlər müzakirə olunub, həmçinin fakültənin Müasir Azərbaycan dili və Azərbaycan dilçiliyi kafedralarına müdir seçkisi keçirilib. Seçkinin nəticələrinə uyğun olaraq Müasir Azərbaycan dili kafedrasına filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova, Azərbaycan dilçiliyi kafedrasına isə filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Kərimova müdir seçiliblər.