Filologiya fakültəsinin əməkdaşı təcrübədə olduğu liseydə “Uzeyir Hajibeyov” adlı tədbir keçirib

 

18 May 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin baş müəllimi, ingilis dili üzrə pedaqoji rəhbəri Aytən İbrahimovanın təşəbbüsü və rəhbərliyi ilə Azad Hümbətov adına 291 № li Ekologiya liseyində pedaqoji təcrübədə olan Xarici dil (ingilis dili) müəllimliyi ixtisasının 1808-ci qrupun tələbələri -Məmmədova Zəhra, Məstanova Tünzalə və başqa tələbələrin təşkilati dəstəyilə “Uzeyir Hajibeyov” adlı tədbir keçirilib.

Tədbirdə Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva, Xarici Dillər Mərkəzinin müdir müavini Günay Alıyeva, liseyin direktoru Arif Əsədov, müəllim və şagird heyəti iştirak ediblər.

Tədbir ilk olaraq, Azərbaycan Respublikasının Himni ilə başlayıb, ardınca isə “Koroğlu” üverturası səsləndirilib. Sonra tədbir iştirakçılarına Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş video-rolik nümayiş olunub.

Tədbirin davamında liseyin şagirdləri tərəfindən Üzeyir Hacıbəyovun “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi məşhur operettalarından səhnələşdirilmiş kiçik parçalar göstərilib.
Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor, tanınmış şair Mahirə Nağı qızı Hüseynovanın şeiri liseyin şagirdi Selin Mirhəsənli tərəfindən qiraət olunub, sözlərinə yazılmış musiqinin sədaları altında Günel İsmayılovanın rəqsi isə iştirakçıların alqışını qazanıb.Tədbirdə həmçinin “Arşın mal alan”, “Uzundərə” rəqslərinə də yer verilib.

Tədbirin sonunda Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Könül Həsənova və Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına, həmçinin tədbirin keçirilməsinə yaratdığı şəraitə görə liseyin direktoru Arif Əsədova təşəkkürlərini bildiriblər.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur