8 may 2023- cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Filolofiya fakültəsində ümummulli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş olimpiadanın nəticələri elan edilmişdir. Olimpiadada iştirak edən tələbələr arasında Azərbaycan dili, ədəbiyyat və İngilis dili fənləri üzrə qaliblər müəyyən edilmişdir. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynovanın rəhbərləyi ilə tələbələrə sertifikatlar, kitablar və “Filoloq” qəzeti hədiyyə edilmişdir.

 

Professor Mahirə Hüseynova eyni zamanda komissiya üzvlərinə öz tövsiyyələrini vermiş və təşəkkürünü bildirmişdir. Növbəti tura vəsiqə qazanan tələbələrə uğurlar arzulamışdır.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur