ADPU-nun əməkdaşları professor Qəzənfər Kazımovun 85 illik yubileyində iştirak ediblər

 

 

Mayın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) əməkdaşları - Filologiya fakültəsinin dekan əvəzi, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Müasir Azərbaycan dili kafedrasının müdiri, dos. Könül Səmədova, həmin kafedranın müəllimləri, professor Milvari İsmayılova, professor Sərdar Zeynalov, dosent Elşad Abışov, Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi İlkin Əsgərov, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Soltan Hüseynoğlu da iştirak edib, yubiliyara təbriklərini çatdırıblar.

Qeyd edək ki, professor Qəzənfər Kazımov 1965-1971-ci illərdə Pedaqoji Universitetdə (ADPU-da) müəllim , 1972-1988-ci illərdə dosent, 1989-1998-ci illərdə isə professor vəzifələrində işləmiş, 1989-1997-ci illərdə Filologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Bir müddət Pedaqoji Universitetdə (ADPU-da) Müdafiə şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olubdur.

1979-cu ildən Təhsil Nazirliyi nəzdində Filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aparıcı elmi işçi işləmiş, 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur