Filologiya fakültəsində dos. Fəxrəddin Yusifovun 65 illik yubileyi qeyd olunub

 

 

17 may 2022-ci il tarixində Filologiya fakültəsində fakültənin dekan vəzifəsini icra edən f.e.d., professor Mahirə Hüseynovanın təşəbbüsü ilə Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Fəxrəddin Yusifovun 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə fakültə rəhbərliyi, ADPU-nun Həmkarlar İttifaqının sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dos. Vurğun Məmmədov, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.


Tədbiri giriş sözü ilə açan fakültənin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynova dos. Fəxrəddin Yusifovun həyat yolundan, elmi və pedaqoji sahədəki uğurlarından bəhs edib və 65 illik yubileyi münasibəti ilə yubiliyarı təbrik edib: "Dəyərli ziyalımız, Fəxrəddin müəllim, Sizi Filologiya fakültəsinin kollektivi adından Ad gününüz münasibəti ilə təbrik edir, Sizə cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz potensialı yüksək olan alim, tələbələrini doğru yola istiqamətləndirən səriştəli müəllim, təhsilin incəliklərini, ehtiyaclarını həssaslıqla duyan və onun aradan qaldırılmasına düzgün istiqamət verməyi bacaran əsl pedaqoqsunuz.
Yubiley yaşınız mübarək."
Təbrikdən sonra professor Mahirə Hüseynova dos. Fəxrəddin Yusifova fakültə rəhbərliyi tərəfindən hazırlanmış plaketi təqdim edib.

Sonra söz ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyevə verilib. Vaqif Əliyev Fəxrəddin müəllimin universitetdəki elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev uzun müddət pedaqoji sahədəki səmərəli fəaliyyətinə və anadan olmasının 65 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Fəxrəddin Yusifovu Fəxri Fərmanla təltif edib.
Vaqif Əliyev Fəxri Fərmanı dos. Fəxrəddin Yusifova təqdim edib və bir daha onu təbrik edərək, elmi və pedaqoji fəaliyyətində uğurlar, can sağlığı və uzun ömür arzulayıb.

Tədbirin davamında ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dos. Vurğun Məmmədov çıxış edərək qeyd edib ki, Fəxrəddin müəllim öz səviyyəsi, tələbələrə dərin sevgisi və səmimiliyi ilə seçilən müəllimlərimizdəndir. Mən də vaxtilə onun tələbəsi olmuşam və bizə dərs deyən müəllimlər içərisində Fəxrəddin müəllim öz işgüzarlığı, savadı, öyrətmə metodikası və səmimiyyəti ilə xüsusilə seçilib. Onu indi də tələbələri çox sevir. Yubileyi münasibətilə sevimli müəllimimi mən də təbrik edir, uğurlar arzulayıram.

Sonda söz yubiliyara verilib. Fəxrəddin müəllim göstərdiyi diqqət və qayğıya görə Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynovaya, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyevə və barəsində xoş sözlər söyləyən həmkarlarına minnətdarlığını bildirib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur