ADPU-nun elmi işlər üzrə dekan müavini Könül Həsənova Danimarkada Beynəlxalq həftədə fəal iştirakına görə sertifikatla təltif olunub

 

ADPU-nun elmi işlər üzrə dekan müavini Könül Həsənova Danimarkada keçirilən universitetlər arası Beynəlxalq həftədə iştirak edib.
Bir sıra ölkələrin universitet nümayəndələrinin qatıldığı görüşlərdə gender bərabərliyi və onun əhəmiyyəti, beynəlxalq əməkdaşlıq kimi bir çox aktual mövzular müzakirə edilib.
Səfərin birinci günü Monaş Universiteti (Avstraliya), Kopenhgen Universitet Kolleci (Danimarka), Malmö Universiteti (İsveç) nümayəndələrinin, ikinci günü Frankfurt Tətbiqi Elmlər Universiteti (Almaniya), Kopenhagen Universitet Kolleci (Danimarka), Tətbiqi Sosial Elmlər Katolik Universiteti (Almaniya), Vinneba Təhsil Universiteti (Qana) nümayəndələrinin təqdimatları dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.


Səfərin üçüncü günü tərəfdaş universitetlərin nümayəndələri və əcnəbi tələbələri ilə görüş keçirilib. Görüşdə tərəflərin təklifləri və iradları dinlənilib.
Səfərin dördüncü və beşinci günü dekan müavini Könül Həsənova əməkdaşlarla birgə Kopenhagendə yerləşən baxça və məktəbləri ziyarət edib, orta dərslərinin strukturu ilə yaxından tanış olub.
Səfər çərçivəsində müxtəlif universitetlərin beynəlxalq ofislərinin nümayəndələri ilə görüşülüb, mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Beynəlxalq həftədə fəal iştirakına görə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova sertifikatla təltif olunub.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur