Filologiya fakültəsinin əməkdaşı Aytən İbrahimova təcrübədə olduğu Azad Hümbətov adına 291 № li Ekologiya liseyində tədbir keçirib

 

11 May 2022 - ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinin Xarici Dillər Mərkəzinin baş müəllimi, ingilis dili üzrə pedaqoji təcrübə rəhbəri Aytən İbrahimovanın rəhbərliyi ilə Azad Hümbətov adına 291 № li Ekologiya liseyində pedaqoji təcrübədə olan Xarici dil (ingilis) müəllimliyi ixtisasının 1808-ci qrupunun tələbələri - Əliyarova Nəzakət, Məstanova Tünzalə və digər tələbələrin təşkilatçılığı ilə “William Shakespeare” adlı tədbir keçirilib.

Tədbirdə ilk olaraq, Azərbaycanın himni səsləndirilib. Sonra Vilyam Şeksprinin həyat və yaradıcılığına həsr olunmuş video-rolik nümayiş edilib.

Vilyam Şeksprin “Otello”, “Romeo və Cülyetta” əsərlərindən kiçik parçalar məktəblilər tərəfindən səhnələşdirilib, həmçinin “Julius Ceaser” əsərindən Antoninin monoloqu söylənilib. Məktəblilər Vilyam Şekspirin məşhur sonetlərini ifa ediblər.

Liseyin şagirdi Əsədova Kəklik “Romeo və Cülyetta” əsərindən “Love theme ” adlı musiqiyə yaradıcı yanaşaraq, gözəl rəqsi ilə tədbir iştirakçılarının alqışını qazanıb.
Liseyin istedadlı şagirdlərdən biri olan Orxan Mahmudzadə isə “Romeo və Cülyetta ” əsərindən bir hissəni kağız üzərində canlandırıb.

Tədbirin sonunda Filologiya fakültəsinin əməkdaşı, ingilis dili üzrə pedaqoji təcrübə rəhbəri Aytən İbrahimova tədbirin hazılanmasına və həyata keçirilməsinə şərait yaratdığına görə Azad Hümbətov adına 291 № li Ekologiya liseyinin direktoru Arif Əsədova
və liseyin müəllim və şagird heyətinə təşəkkürünü bildirib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur