Filologiya fakültəsində TEC-in keçirdiyi konfransda fərqlənən tələbələrə diplom və sertifikatlar təqdim olunub
12 may 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ilinə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin konfransında fərqlənən tələbələrə diplom və sertifikatlar təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dos. Pəri Paşayeva, kafedra müdirləri - dos. Nazilə Abdullazadə, dos.Sevda Abbasova, dos. İradə Kərimova, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, müdir müavini, baş müəllim Günay Alıyeva fakültə TEC-nin sədri baş müəllim Samirə Babayeva, filologiya.az saytının rəhbəri Aynurə Əliyeva, həmçinin fakültənin müəllim və tələbələri iştirak ediblər.
Error
Tədbiri giriş sözü ilə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dos. Pəri Paşayeva açaraq tədbirin məramını iştirakçılara çatdırıb. Daha sonra Tələbə Elmi Cəmiyyətinin universitet üzrə sədri kimya elmləri doktoru, professor Əli Zalov çıxış edərək ümummilli lider Heydər Əliyevin elmə, təhsilə verdiyi töhfələrdən söz açıb. Filologiya fakültəsində professor Mahirə Hüseynovanın yaratdığı filoloji mühitdən, belə gözəl mühitdə tələbələrin elmi uğurlarının, yaradıcılıq bacarıqlarının daha da yüksələcəyinə inamından bəhs edib.
Tədbirin davamında konfransda 1-ci, 2-ci və 3-cü yerləri tutan tələbələrə kafedranın professor-müəllim heyəti tərəfindən diplom və sertifikatlar təqdim olunub.
Konfransda yer tutan aşağıdakı tələbələr təltif olunublar;
-Xarici dilin tədrisinin innovativ metodlari bölməsi
1. Əlizadə Əli Rauf oğlu
Qrup: AZD1902B
Mövzu: ADPU-nun Filologiya fakültəsində yenipedaqoji texnologiyalarin tətbiqi universitetin uğuru kimi.
2.
· Mürsəliyeva Rəhilə Əlövsət qızı
Qrup: IND1908b
Mövzu: The role of English in multicultural society
· Əzimzadə Fatimə Hüseynağa qızı
Qrup: IND1908B
Mövzu: The role of women in our society
· Əliyev Hüseyn Fizuli oğlu
Qrup: IND1908b
Mövzu: Ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri
3.
· Musayeva Aytən Mehdi qızı
Qrup: TSPX2102B
Mövzu: Azərbaycan dilində CV hazırlamaq
· Şahmuradova Ramilə Eldəniz qızı
Qrup: AZD1901B
Mövzu: Müasir müəllimin peşəkarlığı ilə etikasinin vəhdəti
· Əlizadə Aydan Oqtay qızı
Qrup: IND2010B
Mövzu: Azərbaycan- Almaniya münasibətləri: yeni üfüqlərə doğru
-ƏDƏBIYYAT BÖLMƏSI
1. Nağıyeva Şəbnəm Zaur qızı
Qrup: AZD EQ
Mövzu: Bəxtiyar Vahabzadə yaradıcılığında Türk və Türkçülük
2.
· Əliverdiyeva Aysel Afəl qızı
Qrup: FRD2009B
Mövzu: Georges Sinenin, écrivain belge de langue française
· Niftiyeva Sona Nureddin qızı
Qrup: IND2111B
Mövzu: Theodore Dreiser and his visit to Baku
3.
· Quliyeva Arzu Elmir qızı
Qrup: AZD1903B
Mövzu: Abbas Səhhətin uşaq şeirləri
· Cəfərli Nigar Həsən qızı
Qrup : FRD 2009B
Mövzu : FRANSIZ DİLİ DƏRSLƏRİNDƏ İNTERFERENSİYA PROBLEMİ
· Babayeva Nuray Nail qızı
Eksperimental qrup
Mövzu-“Əhməd Cavad lirikasinin təhlili”
-Azərbaycan dili: Aktual problemlər bölməsi
1. Raman İsmayılov Hadi oğlu. Filologiya İND-2010B
Mövzu: Dilin insan həyatındakı kommunikativ funksiyaları
2.
· Aslanlı Nəzrin Baba qızı
Qrup:2007B
Mövzu:Omonimlər
· Aytac Qasımlı Elçin qızı
Qrup:1902B
Mövzu: Göytürk etnoniminin etimologiyası
· Muradlı Aytac Mahir
Qrup: AZD2104B
Mövzu: Reklamların dilində orfoqrafik səhvlər
3.
· Abbasova Amilə Sahib qizi Qrup:2103B Movzu:Həsən Mirzəyev yaradiciliginda toponimler
· Abasova Gözəl
Qrup: AZD2005B
Mövzu: Nəriman Nərimanovun dilçilik görüşləri
· Absalamova Aliyə Kamil qızı Qrup-AZD 1905 B Mövzu-“Kitabi-Dədə-Qorqud” dastanında ismin hallarının əvəzlənməsi
. Fidan Adışlı Eşqin qızı
Qrup: Azd 2003B
Mövzu: Mövzu:Azərbaycan dilində orfoepik və orfoqrafik normaların tənzimlənməsi.
· Güllər Araz qızı Kərimli
Qrup: AZD2107B
Mövzu: Azərbaycan ədəbi dilində fonetik normalari