Filologiya fakültəsində RM nəşriyyatının icraçı direktoru Muxtar Abbasovla görüş keçirilib

 

10 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində RM nəşriyyatının icraçı direktoru Muxtar Abbasovla görüş keçirilib.

Görüş zamanı ilk olaraq ümummilli lider Heydər Əliyev bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Könül Həsənova bildirib ki, bu gün müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Dövlətçiliyimizin, ölkə iqtisadiyyatının, təhsilimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür.


Onun ideyaları hazırda da Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Bu gün ümumilli lider Heydər Əliyevi dərin ehtiramla yad edir və böyük hörmətlə anırıq.
Görüşün məqsəd və məramı haqqında fakültənin müəllim və tələbə heyətinə məlumat verən Könül Həsənova sonra RN nəşriyyatının icraçı direktoru Muxtar Abbasova söz verib.

Muxtar Abbasov RM nəşriyyatı haqqında fakültənin müəllim və tələbə heyətini məlumatlandırıb. Daha sonra Ulu Öndərin anadan olmasının 99 illiyi ilə əlaqədar fakültənin tələbələrinə RM nəşriyyatının çap etdiyi 50 ədəd Azərbaycan dili, 50 ədəd isə ədəbiyyat kitabı hədiyyə edib. Fakültənin rəhbərliyi və tələbələri bu gözəl təşəbbüsünə və hədiyyələrə görə Muxtar Abbasova təşəkkürlərini bildiriblər.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur