25 aprel 2023-cü il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti və ADPU Şamaxı filialının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbir "Azərbaycan müəllimi" qəzetində işıqlandırılmışdır. Tədbirdə ADPU Beynəlxalq Əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynovanın çıxışı konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Dilçi-alim Mahirə Hüseynovanın Heydər Əliyevin nitqinin dil-üslub xüsusiyyətlərinin təhlili, zəngin leksik qata, qrammatik konstruksiyaya malik, obrazlı ifa tərzi ilə bağlı fikirləri böyük maraq doğurmuşdur.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur