"Meh Ədəbi Dərnəyi"nin aylıq hesabat iclası keçirilib   5 may tarixində "Meh Ədəbi Dərnəyi"nin aylıq hesabat iclası keçirilib. İclasda MEH rəhbərliyi, şöbə, komissiya və bölmə sədrləri, eləcə də müavinləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən "Meh Ədəbi Dərnəyi"nin rəhbəri Raman İsmayılov 2022-ci ildə həyata keçirilən tədbirlər, layihələr, həmçinin görüş və təlimlərdən söz açmış, yaradılan şəraitə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, "Meh Ədəbi Dərnəyi"nin yaradıclsı, professor Mahirə Hüseynovaya və ADPU rəhbərliyinə təşəkkürünü bildirib. Raman İsmayılov qeyd edib ki, "2022-ci tədris ili ərazində "MEH" komandası üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib və böyük müvəffəqiyyətlər əldə edib. İndi isə qarşıda daha böyük hədəflər vardır". İclasda struktur rəhbərlərinin aylıq fəaliyyəti barədə hesabatlar dinlənilib və rəhbərlik tərəfindən müzakirə olunub.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur