27 aprel 2023-cü il tarixdə Bakının Nərimanov rayonu şəhid Dilqəm Əliyev adına 178 nömrəli orta məktəbdə ADPU Filologiya fakültəsi 1905-ci qrup tələbələrinin təşkilatçılığı ilə "Turan - ədəbi qiraət müsabiqəsi" keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ADPU Beynəlxalq Əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması çərçivəsində təhsil müəssisələrində keçirilən bütün tədbirləri ulu öndərin təhsil islahatlarının uğuru kimi qiymətləndirmişdir. Prof. Mahirə Hüseynova Filologiya fakültəsi tələbələrinin gələcək müəllimlik fəaliyyətinə sevgi və rəğbətlərini, müəllim peşəsinə vurğunluqlarını qısa zaman kəsimində təcrübə keçdikləri məktəbdə hazırladıqları tədbirlərə maraqları, dilimizi və ədəbiyyatımızı hər vasitə ilə təbliğ etmələri ilə bağlamışdır. ADPU Filologiya fakültəsinin əməkdaşları dos. Könül Həsənova, dos. Sevda Abbasova, dos. Zamiq Təhməzov və məktəbin müəllimi Firəngiz Həsənovadan ibarət münsiflər heyəti tərəfindən bədii qiraət üzrə müsabiqəyə qoşulmuş şagirdlər qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmişdir. Tədbirin sonunda qaliblərə prof.Mahirə Hüseynovanın "Onun daş nağılı" şeir kitabı hədiyyə edilmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur