Image

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının əməkdaşlarının mətbuatda çıxışları davam edir. Bunlardan biri də ADPU-da Elmi-təşkilati şöbənin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun AZƏRTAC saytında yayımlanan “Heydər Əliyev - Azərbaycan dilinin qayğıkeşi və himayədarı” adlı məqaləsidir. Eyni zamanda professor İbrahim Bayramovu TKTA tərəfindən ADPU-da institusional akkreditasiya ilə bağlı keçirilmiş “Xarici keyfiyyət təminatı” mövzusunda təlim proqramında iştirak edənlərin təltif olunması mərasimində təltif olunaraq sertifikat əldə etməsi münasibətilə təbrik edir, ona gələcəkdəki elmi və ictimai fəaliyyətində uğurlar arzulayırıq. https://azertag.az/xeber/Heyder_Aliyev___Azerbaycan_dilinin_qaygikesi_ve_himayedari-2580581


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur