20 aprel tarixində Filologoya fakültəsinin nəzdində yaradılan Meh Ədəbi Dərnəyi "Nasirlər", "Rəssamlıq və əl bacarıqları" bölməsinin birgə əməkdaşlığı ilə keçirilən "Rəsm üzərində nəsr" layihəsinin mükafatlandırma mərasimi baş tutub.
Rəhbəri "Nasirlər" bölməsinin sədri Elnarə Rəhimova olan layihə aprel ayı ərzində keçirilib. Layihədə istedadlı nasirlər bacarıqlı rəssamlar tərəfindən çəkilən qeyri - adi rəsmlərə uyğun formada hekayələr qələmə alıblar.


"Rəsm üzərində nəsr" adlı layihədə uğurla iştirak edən üç rəssam və üç nasir 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülərək Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov tərəfindən diplomlarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırıliblar.
Layihənin nəticəsinə uyğun olaraq Meh Ədəbi Dərnəyi "Nasirlər" bölməsinin üzvləri Mehriban Abbasova Mahir qızı (l yer), Nuranə Mirzəyeva Nizami qızı (ll yer), Arzu Zeynallı Adil qızı (lll yer), eləcə də "Rəssamlıq və əl bacarıqları" bölməsinin üzvləri Orucov Vüqar Xaliq oğlu (l yer), Əkbərova Aysun Rəşad qızı (ll yer), Aygün Əhədova Əşrəf qızı (lll yer) qalib olublar. Qalibləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

 


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur