Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrası

1921-ci ildə institutun yaradıldığı vaxtdan on iki il ədəbiyyat ixtisası ilə birlikdə, sonra isə müstəqil fəaliyyət göstərən Dilçilik kafedrası qət etdiyi bir əsrlik yolda böyük uğurlara imza atmış, respublikamızda və onun hüdudlarından kənarda tanınan xeyli sayda dilçi-alimin yetişməsində müstəsna əhəmiyyəti olmuşdur. Kafedranın ilk müdiri prof. B.Çobanzadə olmuş, 1943-cü ildən 1979-cu ilə qədər prof. Ə.Dəmirçizadə, 1979-cu ildən 2009-cu ilə qədər prof. A.Qurbanov, 2010-cu ildən 2021-ci ilə qədər prof. N.Xudiyev, 2021-ci ildən hal-hazıra kimi dos.İ.Kərimova kafedraya rəhbərlik edir.

 

Kafedra haqqında statistik göstəricilər (2023)

  • 1 nəfər filologiya üzrə elmlər doktoru, professor
  • 4 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent
  • 2 nəfər filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
  • 1 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
  • 2 nəfər müəllim
  • 2 nəfər əvəzçi müəllim
  • 1 nəfər baş laborant, 2 nəfər laborant

Elmi fəaliyyət

    Azərbaycan dilçliyi kafedrasının elmi işlərinin istiqaməti, əsasən, Ümumi dilçilik, Azərbaycan dilinin tarixi, Azərbaycan ədəbi dili tarixi, Azərbaycan dialektologiyası, Azərbaycan dilinin üslubiyyatı, Azərbaycan onomalogiyasının əsasları, Dilçiliyə giriş, Nitq mədəniyyəti, Bədii mətnin linqvistik təhlili və s. ibarətdir. Kafedraya rəhbərlik edən Bəkir Çobanzadənin Azərbaycan dilçiliyi üzrə milli kadrların hazırlanmasında böyük əməyi olmuşdur. 1943-cü ildə Ə.Dəmirçizadə kafedraya müdir təyin edildikdən sonra burada elmi mühit yeni mərhələyə qədəm qoymuşdur.

   Kafedranın cari elmi-tədqiqat problemi “Azərbaycan ədəbi dili tarixi” problemləridir. Bununla yanaşı:

  • Ümumi dilçilik problemləri;
  • Azərbaycan dilinin interregional xüsusiyyətləri problemləri;
  • Nitq mədəniyyəti problemləri;
  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya problemləri.

Kafedra əməkdaşları AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin müvafiq kafedraları ilə əməkdaşlıq edirlər. Kafedra üzvləri respublika və beynəlxalq konfranslarda maraqlı məruzələrlə çıxış edirlər. Son bir ildə kafedra əməkdaşlarının 6 tədris proqramı, 40-dan çox elmi məqaləsi çap olunmuşdur.

 

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

 

  1. Dilçiliyə giriş – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai təhsil müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, məktəbəqədər təlim, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, fizika müəllimliyi, texnologiya müəllimliyi;
  3. ATMF: Ədəbi dil tarixi – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  4. ATMF: Azərbaycan dilinin interregional xüsusiyyətləri – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  5. ATMF: Nitq mədəniyyəti – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  6. ATMF: Əski Azərbaycan yazısı – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  7. ATMF: Azərbaycan dilçilik tarixi – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  8. ATMF: Üslubiyyat – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  9. ATMF: Azərbaycan dilindən praktikum – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi.

    Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə yüksək səviyyədə mühazirələr oxuyur, məşğələ dərsləri aparırlar.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud sillabuslara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır.

    Xarici əlaqələr

    Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə Amerika, İspaniya, Hindistan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Yaponiya və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş, nüfuzlu elmi jurnallarda (Web of Sciens) məqalələri çap olunmuşdur.

   Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının pasportu

© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur