Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

İLKİN ƏSGƏROV
(baş müəllim)

İlkin Vahid oğlu Əsgərov 1991-ci ilin 1 yanvar tarixində Laçın rayonu Ağoğlan kəndində ziyalı ailəsində anadan olmuş­dur. 2008-ci ildə Laçın rayonu şəhid Şəfi Abdullayev adına Malıbəy kənd orta məktəbini, 2012-ci ildə Azərbaycan Müəl­limlər İnstitutunun Pedaqogika və filolo­giya fakültəsinin “Azər­baycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Naxçıvan Döv­lət Univer­sitetinin Magistratura şöbəsini fərqlənmə diplomu ilə bitir­mişdir. 2015-ci ildə ADPU-da fəlsəfə doktoru proqramı üzrə dissertant qəbul olmuşdur. 2015-ci ildən Azərbaycan Müəllimlər İnstitu­tunda, 2016-cı ildən isə ADPU-nun Azərbaycan dili və onun tədrisi texnolo­giyası kafedrasında müəllim kimi fəaliyyət göstə­rir. 4 kitabın və 50 elmi və publisistik məqa­lənin müəllifidir.

Ailəlidir. 1 övladı var.