Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

HİMALAY QASIMOV
(filologiya elmləri doktoru, professor)

1939-cu il fevral ayının 21-də Naxçıvan şəhərində anadan olan Himalay Ənvəroğlu Qasımov orta məktəbi Naxçıvan şəhə­rində bitirmiş, 1961-ci ildə indiki ADPU-nun tarix-filologiya fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı “Dil-ədəbiyyat və tarix müəllimliyi” ixtisasını bitirmişdir. 1967-ci ildə ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafed­rasının qiyabi aspirantı olmuş, 1974-cü ildə namizədlik,  1995-ci ildə dok­torluq disser­tasi­yası müdafiə etmişdir. H.Qasımov 2002-2019-cu illər­də “Azər­baycan və dünya ədəbiyyatı”  kafedrasının müdiri vəzi­fəsin­də  çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Himalay Ənvəroğlu ali məktəblərin bakalavr və magistr pilləsi üçün   hazır­lanan  “Ədəbiyyat nəzəriyyəsi”, “Müasir Azərbaycan ədəbiy­yatı tarixi” proqramlarının, “Ədəbiyyat nəzə­riyyəsindən mü­hazirələr” (1981), “Bədiiliyin meyarı” (1990), “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası (1994), “Müasir Azər­baycan romanının qaynaqları” (1994), “Azərbaycan şeirinin poetikası” (1996), “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meyl­ləri” (1998), Şəhriyarın lirikası və etiqadı” (1999), “Azərbaycan ədəbiyyatının yaradıcılıq prob­lemləri” (2004), prof.E.Quliyevlə birlikdə “Şəhriyar poetikası” (2006), “Səməd Vurğunun poetik dünyası” (2006), dos.N.Nə­cəfovla birlikdə “XX əsr  Azərbaycan ədəbiy­yatşü­naslığı məsə­lələri” (2007), “H.Cavidin lirikası və dramaturgiyası” (2007), “Azərbay­can romanının inkişaf problemləri” (2008), “Azərbaycan şeirinin poetikası” (2008), “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” (2011), “Ədəbiyyat­şünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində” (2014), “Araşdırmalar: şəxsiyyətlər və talelər (2019) və s. dərs vəsaiti və monoqrafiyaların, o cümlədən Azərbaycan ədəbiyyatının yaradıcılıq problem­lərini incələyən 150-dən artıq elmi məqalənin müəllifidir. Prof.H.Qasımovun elmi kadrların hazırlanmasında böyük xidmətləri var. O, onlarla filologiya üzrə fəlsəfə doktoru dissertasiyalarının elmi rəhbəri, 60-dan çox namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. АМЕА-nın Nizami adına Ədəbiyyat İnstitutunda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuş  H.Ənvəroğlu uzun illər  Bakı Dövlət Universitetinin nəzdin­də  filologiya üzrə fəlsəfə və filologiya üzrə elmlər dokto­ru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Disser­tasiya Şurasının üzvü olmuşdur. YAP Səbail rayon “Pedaqoqlar” ərazi təşkilatının sədri prof. H.Qa­sımov hazırda  AAK-da Filologiya üzrə ekspert şurasınn sədridir.