Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

HİCRAN ƏLƏKBƏROVA
(baş laborant)

Hicran Nizami qızı Ələkbərova 3 iyun 1979-cu ildə Şuşa şəhə­rində anadan olub. 1996-cı ildə İmişli şəhərı, 1 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili) fakültəsini bitirib.2007-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və Ədəbiyyatı fakultəsini bitirərək magistr adını alıb. 2000-2008- ci illərdə Şuşa şəhər 12 saylı məktəbdə  ingilis dili müəllimi işləyib. 2008-ci ildən  ADPU-nun İngilis dili və onun tədrisi metodikası kafedrasında, 2019-cu ildən isə Xarici Dillər Mərkəzində baş laborant vəzifəsində çalışır. O, respublika daxilində 2 məqalənin müəllifidir.

Ailəlidir, 1  övladı var.