Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

HƏQİQƏT MƏMMƏDOVA
(müəllim)

Həqiqət Mahmud qızı Məmmədova 1964-cü il  fevralın 2-də Şərur Rayon Şaxtaxtı kəndində  anadan olub. 1980-ci ildə M.A.Şahtaxtılı adına Şaxtaxtı kənd orta məktəbini  bitirib. 1983-cu ildə SSRİ-nin 50 illiyi adına APDXİ-nin fransız dili fakültəsinə daxil olub,  1988-ci ildə həmin institutu bitirib və həmin ildən təyin edildiyi Şərur rayon Qarabağlar kənd orta məktəbində fransız dili müəllimi işləyib. 1995-ci ildən Naxçıvan şəhər 705 saylı hərbi hissə orta məktəbində ingilis dili müəllimi, 1999-cu ildən Naxçıvan Dövlət Universitetində laborant, baş laborant, sonra isə müəllim vəzifələrində çalışmışdır.2005-2008-ci illərdə Beyləqan rayon 4 və 7 saylı orta məktəblərində fransız və ingilis dili fənlərini tədris etmişdir. 2009-2010-cu illərdə Bakı şəhər 100 saylı orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən ADPU-nun Xarici dillər kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim işləyir. Respublika daxilində çıxan jurnallarda 6 məqalə, 1 proqram  müəllifidir.