Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

HƏCƏR HÜSEYNOVA
(filologiya elmləri doktoru, professor)

Həcər Emin qızı Hüseynova 1962-ci ilin fevral ayının 20-də Gəncə şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi, 1984-cü ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. Hal-hazırda ADPU-nun filologiya  fakültəsində  müəllimi,  filologiya  üzrə elmlər doktorudur.

2002-ci ildə “Səməd Vurğunun bədii əsərlərində ono­mastik vahid­lərin linqvistik xüsusiyyətləri” mövzusunda nami­zəd­lik dissertasi­yası müdafiə edib.2012-ci ildə “Mir Cəlal Paşa­yevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. YAP-ın üzvüdür.

Ailəlidir, 2 övladı vardır.

Universitetlərin bakalavr və magistratura pilləsi üçün hazırlanmış 10 proqramın, 15 kitabın müəllifidir

37 beynəlxalq və Respublika konfranslarıın iştirakçısı olmuş və beynəlxalq sertifikat və diplomlarla təltif olunmuşdur. Azərbaycan Yazıçılar  Birliyinin  üzvüdür.