Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜNEL ŞƏFİYEVA
(müəllim)

Şəfiyeva Günel Elxan qızı 1993-cü il yanvarın 9- da Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri Xətai rayonu 260saylı məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Dillərə Universitetinin “Tərcümə” fakültəsinə (İngilis-Azərbaycan dili üzrə) qəbul olub, 2014-cü ildə bakalavr səviyyəsini  bitirib, həmin universitetin “İngilis dilinin metodikası və metodologiyası” fakültəsinin magistr səviyyəsinə qəbul olunub. 2016-cı ildə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə“İntellekt“  tərcümə mərkəzində tərcüməçi, 2014-2015 – ciilllərdə GoldLanguage dil kursunda müəllim, 2016-cı  ilin oktyabrın 7-dən,  2019-cu ilin yanvar ayının 15-nə qədər Azərbaycan Respublika­sı­nın  Silahlı  Qüvvələrinin  Hərbi   Akademiyasında  ingilis  dili müəl­limi vəzifəsində işləmişdir. 2019-cu il sentyabrın 16-dan ADPU-nun Filolo­giya fakültəsinin İngilis dili kafedrasında (indiki Xarici Dillər mərkəzi) 0,5 ştat müəllim vəzifəsində  işləyir. Respublika daxilində  nüfuzlu elmi jurnallarda çap edilmiş iki məqalənin müəllifidir.

Ailəlidir.