Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜNEL HÜMMƏTOVA
(fakültə tyutoru)

Günel Saleh qızı Hümmətova 1986-cı il 18 iyun Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə Bakı şəhəri, Ağdam rayonu, 73 saylı orta məktəbi başa vuran G.S.Hümmətova, 2004-cü ildə BSU-nun Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası bakalavr pilləsinə daxil olmuş və 2008-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2008-2010-cu illərdə AMİ-nin Azər­baycan ədəbiyyatı istiqaməti Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsilin fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə ADPU-nun qiyabi Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturada təhsil alır. 2010-cu ildən  ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 13.09.2010 – 13.10.2010 tarixlərdə tyutor işinin təşkili haqqında 120 saat həcmində kursu bitirmişdir.Azərbaycan, türk, rus, ingilisdillərinibilir.

Beynəlxalq və yerli konfranslarda iştirak etmişdir. Çıxışçı və iştirakçı sertifikatı almışdır. Məqalə və tezis müəllifidir.

Ailəlidir, 1 övladı var.