Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜNEL AXUNDOVA
(baş laborant)

Günel Elçin qızı Axundova 25 dekabr 1979-cu ildə Naxçıvan şəhə­rində anadan olmuş, 1987-cu ildə Naxçıvan şəhər 3 saylı orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə qəbul olunmuş, 2001-ci ildə oranı bitirmişdir. 2002-ci ildə Naxçıvan şəhər 17 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəlliməsi olaraq işə qəbul olunmuşdur. 2010-cu ilin fevral ayında Azərbaycan Müəllimlər İnstitu­tunda Azərbaycan ədəbiyyatı və onun tədrisi meto­dikası kafedrasının baş laborantı vəzifəsinə qəbul olunmuşdur. Hal-ha­zırda ADPU-nun filolo­giya fakültəsinin əməkdaşıdır.

Ailəlidir, 1 övladı var.