Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜNEL ƏLİYEVA
(müəllim)

Günel İlham qızı Əliyeva 18 fevral 1984-cü ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri, Binəqədi rayonundakı 115 saylı məktəbi bitirib. Elə həmin il Odlar Yurdu Universitetinin Tərcümə fakültəsinə qəbul olub. 2005-ci ildə universitetin bakalavr pilləsini bitirib. 2007-ci ildə Bakı Avrasiya Universitetinin magistratura pilləsində təhsilini davam edib, 2009-cu ildə bitirib. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin yenidənhazırlanma təhsili alıb. 2012-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna dissertant kimi qəbul olmuşdur. Hal-hazırda müdafiə ərəfəsindədir.            2007-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər kafedra­sında laborant vəzifəsində çalışıb. 2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər (indiki Xarici Dillər Mərkəzinin) kafedrasında müəllim vəzifəsində çalışır. Respublikadaxili  elmi jurnal­larda 10, respublika xaricində çap olunan jurnallarda isə  2  məqaləsi çapdan çıxmışdır.

Ailəlidir, 3 övladı var.