Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜNAY ALIYEVA
(Baş müəllim, Xarici dillər mərkəzinin müdir müavini )

Günay Dilqəm qızı Alıyeva 4 avqust 1979-cu ildə Bakı şəhərındə anadan olub. 1996-cı ildə Bakı şəhər Xətai rayonu 95 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakül­təsinə qəbul olub, 2000-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin qram­matikası kafedrasının müəllimi, 2012-ci ildən ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim işlə­yir.2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə 5801.01- “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (Xarici dilin (İngilis dilinin) tədrisi metodikası) ixtisasına dissertant qəbul olunub. 2016-cı ildən Filologiya Fakültəsinin Tədris Metodiki Şurasının üzvü, 2018-ci ildən Filologiya fa­kül­təsinin Elmi Şurasının və ADPU-nun Elmi-Meto­diki Şurasının üz­vüdür. 2019-cu ildən YAP-ın Filologiya fakültəsi üzrə kura­torudur. 2019-cu ildə  Xarici  Dillər Mərkəzinin direktor müavini təyin edilmiş­dir.

O, 1 dərs vəsaiti və 1 metodik vəsait, respublika daxi­lində 1 proq­ram, 5 tezis, 13 məqalə, respublika  xaricində 3 məqalənin  müəllifidir.

Ailəlidir, 3 övladı var.

 

Beynəxalq Sertifikatları:

1.İELTS (academic)- overall band score 7, CEFR level C1

2.Teaching Knowledge Test (TKT) Module 1-band 3

3.Teaching Knowledge Test (TKT) Module 2-band 3

4.Teaching Knowledge Test (TKT) Module 3-band 3