Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜLTƏKİN ABDULLAYEVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Gültəkin Atəş qızı Abdullayeva 1974-cü il 26 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhər36 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1991-1996 ildə N.Tusi adına ADPU-nun Pedaqoji-musiqi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə “İbtidai siniflərdə şagird­lərin nitqinin ifadəliliyi üzrə işin sistemi” mövzusunda disser­tasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1996-1997-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının pedaqoji fənlər kafedrasında laborant kimi işləmişdir. 1997-1999-cu illərdə Bakı Ali Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun “Rəhbər kadrların ixtisasının artırılması və yenidən hazırlan­ması” dekanlığının laborantı olmuşdur. 1998-2003-cü illərdə 286 saylı məktəbdə ibtidai sinif müəllimi işləmişdir. O, 21 elmi meto­dik məqalənin müəllifidir.