Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜLNARA HACIYEVA
(müəllim)

Gülnara Hamlet qızı Hacıyeva 21 fevral 1967-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1973-1983-cü illərdə Ağdaş  şəhərində S.M.Kirov adına orta məktəbdə (hazırda M.İsayev adına) təhsil alıb. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İns­titutunda (indiki Azərbaycan Dillər Universiteti)  Fransız dili fakültə­sində təhsil alıb və fransız dili və ingilis dili müəllimi ixtisasına yiyə­lənib. Təhsilini bitirdikdən sonra Ağdaş rayonunda orta məktəbdə ingilis dili  müəllimi kimi çalışıb. 2000-ci ildən 2012-ci ilədək Ali Diplomatiya Kollecində (indiki Bakı Avrasiya Universiteti)  fransız dili müəllimi işləyib. 2011-2016-cı illərdə Qərb Universitetində fransız dilini tədris edib. 2017-ci ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Xarici dillərin tədrisi metodikası” kafedrasında (indiki Xarici Dillər Mərkəzi)  fransız dili müəllimi vəzifəsində çalışır. 2014-2018-ci illərdə  Qərb Universitetinin dissertantura şöbəsində təhsil alıb, hazırda disser­tasiya işi üzərində çalışır.G. Hacıyeva bir sıra elmi jurnallarda 7 məqa­lənin, 1 metodik vəsaitin və 1 proqramın müəllifidir.

Ailəlidir, iki övladı var.