Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜLNARƏ MƏMMƏDZADƏ
(müəllim)

Gülnarə Cavanşir qızı Məmmədzadə 1 mart 1979-cu ildə Qubadlı rayonu Həmzəli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1985-ci ildə Qubadlı rayonu Çaytumas kənd orta məktəbinə daxil olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər 33 saylı orta məktəbi bitirmişdir. 1996-cı ildə Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsinə daxil olmuş və 2000-ci il də bu fakültənin ingilis dili ixtisasının bakalavr pilləsini  fərqlənmə diplomu ilə  bitirib, həmin universitetin dilşünaslıq fakültəsinin magistratura pilləsinə daxil olmuşdur. 2002-ci ildə magis­tratura pilləsini ingilis dili ixtisası üzrə fərqlənmə diplomu ilə  bitirmiş­dir. 2002-2010-cu illərdə Sumqayıt şəhəri 36 saylı orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdi. 2010-2015-ci illərdə Azərbay­can Müəllimlər İnstitutunun Sumqayıt filialında müəllim işləmiş, 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində İngilis dili kafedra­sı­nın müəllimi kimi işləyir. 2014-cü ildən AMEA-nın N.Gəncəvi Ədə­biyyat İnstitutunun dissertantıdır. G.Məmmədzadə Res­pub­li­kamızda çap olunan nüfuzlu jurnallarda 13, Respublikadan xaricdə 3 məqalə dərc etdirmişdir.

Ailəlidir. 3 övladı var.

Beynəlxalq Sertifikatları:

1.Ielts (academic) overall band score 6.